Azərbaycan banklarına depozit qoyuluşu 7 % artıb
- 26 avqust, 2023
- 12:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il avqustun 1-nə Azərbaycan banklarına qoyulan depozitlərin məbləği 34 milyard 23,5 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,4 % az, ilin əvvəlinə nisbətən 6,1 % az, ötən il avqustun 1-i ilə müqayisədə isə 6,5 % çoxdur.
Bunun 56,1 %-i, yaxud 19 milyard 085,8 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 0,7 % çoxdur.
İl ərzində ev təsərrüfatlarının əmanətləri 17,5 % artaraq 12 milyard 705,5 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 1,9 % artaraq 2 milyard 232,1 milyon manata çatıb.
Hesabat dövründə cəmi depozitlərin 21 milyard 935,8 milyon manatı (il ərzində 0,9 % artıb) qısamüddətli, 12 milyard 087,1 milyon manatı (18,3 % artıb) isə uzunmüddətli əmanətlər təşkil edib.
Ölkədə 24 bank fəaliyyət göstərir.