Azərbaycan bankları biznes kreditlərinə tələbin artacağını proqnozlaşdırır

Azərbaycan bankları biznes kreditlərinə tələbin artacağını proqnozlaşdırır Azərbaycan bankları bu ilin I rübündə biznes kreditlərinə tələbdə artım proqnozlaşdırırlar.
Maliyyə
16 Mart , 2023 11:57
Azərbaycan bankları biznes kreditlərinə tələbin artacağını proqnozlaşdırır

Azərbaycan bankları bu ilin I rübündə biznes kreditlərinə tələbdə artım proqnozlaşdırırlar.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilir.

Banklar 2023-cü ilin ilk 3 ayında biznes kreditləri üzrə tələbin 16 %, o cümlədən mikro kreditlər üzrə tələbin 16 %, kiçik və orta sahibkarlıq (KOS) kreditləri üzrə tələbin 14 %, iri biznes kreditləri üzrə tələbin isə 8 % artacağını gözləyir.

Eyni zamanda, banklar iri sahibkarlıq subyektlərinə verilən kreditlər istisna olmaqla, biznes kreditləri üzrə standartlarda yumşalmaların davam edəcəyini bildirib.

Banklar ipoteka kreditləri ilə bağlı da rəyini açıqlayıb və rüb ərzində bu növ kreditlərə tələbin yüksək olacağını - 21 % artacağını bəyan ediblər.

Kredit təşkilatları daxili imkanları hesabına ipoteka kreditləri üzrə tələbin 8 %, İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) vəsaiti hesabına ipoteka kreditləri üzrə tələbin isə 25% artacağını gözləyir.

Son xəbərlər

Orphus sistemi