Azərbaycan bankının rəhbərliyi dəyişir
Maliyyə
- 27 dekabr, 2017
- 11:21
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 27 dekabr. REPORT.AZ/ Türkiyənin, Azərbaycanda da törəməsi olan “Yapı Kredi Bank”ının baş direktoru Faik Açıkalın təqaüdə çıxmağa hazırlaşır.
“Report” xəbər verir ki, onu bu vəzifədə yanvarın 15-dən Gökhan Ürünün əvəz edəcəyi gözlənilir. G.Ürün bundan əvvəl Türkiyənin “Garanti Bank”ında rəhbər vəzifələrdə çalışıb. Onun namizədliyi aidiyyəti dövlət qurumlarında təsdiqləndikdən sonra vəzifə səlahiyyətlərinin icrasına başlayacaq.
Yarım ay ərzində isə “Yapı Kredi Bank”da baş direktoru müvəqqəti Nikollo Ubertalli olacaq. Xatırladaq ki, F.Açıkalın həm də “Yapı Kredi Bank (Azerbaijan)”ın Müşahidə Şurasının sədridir. Onun işdən getməsi həm də Azərbaycan bankının rəhbərliyində dəyişiklik olması deməkdir.
Son xəbərlər
02:18
Myanmada avtobus dərəyə aşıb, onlarla insan ölüb
Digər ölkələr
01:43
İsrail Qəzzada beynəlxalq qüvvələrin statusu haqqında saziş imzalayıb
Digər ölkələr
01:36
Bundesliqa: "Borussiya" "Bayer" üzərində qələbəni əldən verib
Futbol
01:02
NHK: 1,2 milyondan çox istifadəçinin məlumatları sızdırılıb
Digər ölkələr
00:41
SEPAH: Daha bir neft tankeri Hörmüz boğazında minaya düşərək yanıb
Region
00:10
Paşinyan Putinlə Ermənistan-Rusiya münasibətlərinin transformasiyasını müzakirə edəcək
Region
23:56
Mask: USAİD layihələri çirkli pulların yuyulması və rüşvət üçün istifadə edilib
Digər ölkələr
23:43
Suraxanı və Sabunçunun bir sıra ərazilərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
İnfrastruktur
23:36
Paşinyan: Ermənistanda Rusiyanın hərbi bazasına ehtiyac görmürük
Region