Azərbaycan bankı avrobondlarının hamısını satıb
- 13 may, 2025
- 10:55
Bu il yanvarın 1-nə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) borc qiymətli kağızlarının ümumi dəyəri 100,368 milyon manat təşkil edib.
“Report” Bankın illik audit hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-nə nisbətən 5 dəfə azdır.
ABB-nin investisiya qoyduğu borc alətlərinin hamısı yerli istiqrazlardır və onların ümumi dəyəri müqayisədə 8,2 dəfə artıb. Əvəzində bank avrobondlarının hamısını satıb.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 281,271 milyon manatdır. Bankın səhmlərinin 88,54 %-i Maliyyə Nazirliyinə, 3,64 %-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,22 %-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT), 7,6 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.