Azərbaycan Avropada mədəni istirahətə ən çox pul xərclənən 34-cü ölkədir
- 15 aprel, 2017
- 12:41
Bakı. 15 aprel. REPORT.AZ/ Əhalinin xərclərində mədəni istirahətin payına görə Avropa ölkələrinin reytinqi açıqlanıb.
"Report" xəbər verir ki, reytinq cədvəlini "RIA Rating" agentliyi hazırlayıb.
Siyahıda I yerdə İsveç qərarlaşıb. Bu ölkənin vətəndaşlarının büdcəsində mədəni istirahət 18,7%-lik paya malikdir. Qeyd edək ki, İsveç adambaşına düşən 48,2 min ABŞ dolları məbləğində milli gəlirlə Avropada 6-cı yerdədir.
Reytinq cədvəlində II yeri 13%-lik göstərici ilə Böyük Britaniya tutub. Bu ölkədə adambaşına milli gəlir 41,5 min dollardır.
İlk 3-lüyü 11,5%-lik göstərici ilə Avstriya tamamlayıb. Bu ölkədə adambaşına milli gəlir 47 min dollardır.
Əhalisinin büdcəsində mədəni istirahətin payı ən az olan ölkələr isə Moldova (1,4%), Ukrayna (1,8%) və Mekedoniyadır (2,5%). Bu ölkələrdə adambaşına düşən milli gəlir müvafiq olaraq 5, 8 və 14 min dollardır.
Azərbaycan bu siyahıda yer almasa da "Report"un analitik qrupu rəsmi statistik məlumatlar əsasında ölkəmizin yerini müəyyən edib. Azərbaycanda əhalinin mədəni istirahətə çəkdiyi xərcin məcmu xərclərdə payı təxminən 4,5%-dir. Bu göstərici əsasında Azərbaycan həmin reytinq cədvəlində 34-cü yerdə (Yunanıstandan sonra) qərarlaşmalıdır. Bu arada onu da qeyd edək ki, Azərbaycanda adambaşına düşən milli gəlir 5-6 min dollar civarındadır.
| № | Ölkənin adı
| Əhalinin xərclərində mədəni istirahətin payı | Adambaşına düşən milli gəlir (ABŞ dolları ilə) |
| 1 | İsveç | 18,7% | 48 200 |
| 2 | Böyük Britaniya | 13,0% | 41 500 |
| 3 | Avstriya | 11,5% | 47 000 |
| 4 | İslandiya | 11,3% | 45 700 |
| 5 | Estoniya | 11,0% | 28 600 |
| 6 | İsveçrə | 11,0% | 58 600 |
| 7 | Niderland | 10,5% | 49 600 |
| 8 | Almaniya | 10,4% | 47 000 |
| 9 | Finlandiya | 10,2% | 41 100 |
| 10 | Norveç | 10,0% | 68 600 |
| 11 | Danimarka | 9,7% | 45 700 |
| 12 | Çexiya | 9,4% | 32 100 |
| 13 | İrlandiya | 8,9% | 65 800 |
| 14 | Sloveniya | 8,8% | 30 900 |
| 15 | Malta | 8,5% | 36 000 |
| 16 | Fransa | 8,4% | 41 500 |
| 17 | Belçika | 8,2% | 44 100 |
| 18 | Latviya | 7,9% | 24 700 |
| 19 | Lüksemburq | 7,2% | 99 500 |
| 20 | Slovakiya | 7,0% | 29 800 |
| 21 | Polşa | 6,7% | 26 500 |
| 22 | Rusiya | 6,7% | 26 000 |
| 23 | Xorvatiya | 6,0% | 21 600 |
| 24 | İspaniya | 5,8% | 34 900 |
| 25 | Macarıstan | 5,5% | 26 300 |
| 26 | Belarus | 5,4% | 17 700 |
| 27 | Kipr | 5,4% | 33 200 |
| 28 | Portuqaliya | 5,3% | 27 900 |
| 29 | Serbiya | 5,2% | 13 700 |
| 30 | İtaliya | 5,1% | 35 800 |
| 31 | Bolqarıstan | 4,9% | 19 200 |
| 32 | Litva | 4,9% | 28 400 |
| 33 | Yunanıstan | 4,8% | 26 400 |
| 34 | Rumıniya | 4,0% | 20 900 |
| 35 | Monteneqro | 3,4% | 16 000 |
| 36 | Türkiyə | 2,9% | 20 400 |
| 37 | Makedoniya | 2,5% | 14 000 |
| 38 | Ukrayna | 1,8% | 8 000 |
| 39 | Moldova | 1,4% | 5 000 |