“Azər-Türk Bank”ın İdarə Heyətinə yeni sədr müavini təyin olunub

“Azər-Türk Bank”ın İdarə Heyətinə yeni sədr müavini təyin olunub İ.Musayev bundan öncə Azərbaycan Beynəlxalq Bankında çalışıb
Maliyyə
20 Aprel , 2017 10:34
“Azər-Türk Bank”ın İdarə Heyətinə yeni sədr müavini təyin olunub

Bakı. 20 aprel. REPORT.AZ/ "Azər-Türk Bank" ASC-nin İdarə Heyətinə yeni təyinat olub. İslam Musayev Bankın İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

"Report"a  Bankın mətbuat xidmətindən verilən xəbərə görə,  İ.Musayev bundan öncə, 2005-ci ildən Azərbaycan Beynəlxalq Bankında müxtəlif vəzifələrdə çalışıb.

1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur.

Son xəbərlər

Orphus sistemi