AZAL-a subsidiya 19 %-ə yaxın artırılıb

AZAL-a subsidiya 19 %-ə yaxın artırılıb 2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) 5,9 milyon manat subsidiya ayrılacaq.
Maliyyə
27 Dekabr , 2024 11:36
AZAL-a subsidiya 19 %-ə yaxın artırılıb

2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) 5,9 milyon manat subsidiya ayrılacaq.

"Report"un məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “2025-ci ilin dövlət büdcəsi haqqında" qanunun tətbiqi barədə Fərmanda öz əksini tapıb.

Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 18,9 % çoxdur.

Xatırladaq ki, bu gün Prezident İlham Əliyev Milli Məclisin dekabrın 16-da qəbul etdiyi "2025-ci il dövlət büdcəsi haqqında" qanunu təsdiqləyib. Gələn il büdcənin gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4 % çox), xərclərinin isə 41 milyard 407,6 milyon manat (4,2 % çox) olacağı gözlənilir.

Son nəticədə büdcədə ÜDM-in 2,4 %-i qədər - 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9 % azdır.

Son xəbərlər

Orphus sistemi