Azad Cavadov: "Qorunmayan əmanətlərə görə ödənişləri kreditorlar gecikdirir"

Azad Cavadov: "Qorunmayan əmanətlərə görə ödənişləri kreditorlar gecikdirir" ADIF rəhbəri: "Son nəticədə bu iş məhkəməyə qalır"
Maliyyə
18 Aprel , 2017 10:31
Azad Cavadov: Qorunmayan əmanətlərə görə ödənişləri kreditorlar gecikdirir

Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycanda ləğvetmə prosesində olan bəzi kommersiya banklarının qorunmayan əmanətçilərinə ödənişlər kreditorların ucbatından gecikir.

“Report”un məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bildirib.

Onun sözlərinə görə, kreditorlar bəzən onlara ödənilməli olan məbləğlə razılaşmırlar: “Son nəticədə bu iş məhkəməyə qalır. Məhkəmə kreditorların reyestrini və ləğvetmə planını təsdiq etdikdən sonra kompensasiya ödənişi həyata keçirilir”. 

Son xəbərlər

Orphus sistemi