Fondun sədri: "Azərbaycanda qorunan əmanətlərin həcmi 2 dəfədən çox artıb"

Maliyyə
  • 29 iyul, 2016
  • 08:41
Fondun sədri: Azərbaycanda qorunan əmanətlərin həcmi 2 dəfədən çox artıb

Bakı. 29 iyul. REPORT.AZ/ Azərbaycanda əmanətlərinin sığortalanması ilə bağlı bu il atılan addımlardan sonra banklardakı qorunan əmanətlərin ümumi həcmi 2 dəfədən çox artıb. “Report” xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov məlumat verib.

Onun sözlərinə görə, ilin əvvəlində bu rəqəm təxminən 2 mlrd. manat idisə, iyunun 30-na qorunan əmanətlərin həcmi 4,5 mlrd. manata çatıb.

44 filmi