Avropadakı pərakəndə satışlara dair rəsmi məlumatlar birja indekslərinin azalmasına təkan verib.
“Report” xəbər verir ki, bugünkü hərraclarda Böyük Britaniyanın FTSE 100 indeksi 2,88% azalaraq 7 030,4 bənddə, Fransanın CAC 40 indeksi 3,13% azalaraq 6 178,99 bənddə, Almaniyanın DAX indeksi də 2,88% azalaraq 13 304,52 bənddə qərarlaşıb.
Son açıqlanan rəsmi məlumata görə, avrozonada pərakəndə satış həcmləri yanvar ayında dekabra nisbətən gözlənildiyi kimi 1,3% yox, 0,2% artım göstərib. Bununla yanaşı, Ukraynadakı müharibə ilə bağlı Rusiyaya qarşı tətbiq olunan beynəlxalq sanksiyalar nəticəsində neft və qazın bahalaşması da birjalarda mənfi əks-səda doğurub.
Xatırladaq ki, dünənki hərraclarda “Brent” markalı neft 2013-cü ildən bu yana ilk dəfə 119 dolları, “WTI” markalı neft də 2008-ci ildən bu yana ilk dəfə 115 dolları keçib, qaz isə tarixi rekord olan 2 279 USD/1000 kubmetrə qədər bahalaşıb.