Avropa İttifaqında inflyasiya aşağı düşüb
Maliyyə
- 06 yanvar, 2023
- 12:18
Avropa İttifaqında (Aİ) inflyasiya 2022-ci ilin dekabrında 9,2%-ə düşüb.
"Report" xəbər verir ki, bu barədə "Eurostat"ın ilkin qiymətləndirməsində deyilir.
Bildirilib ki, bu, sentyabrdan bəri ən aşağı göstəricidir. Aİ-də noyabrda inflyasiya 10,1% təşkil etmişdi.
Bundan başqa, Avrozonada enerji resurslarının qiymətləri də düşüb: noyabrda 34,9%-dən dekabrda 25,7%-dək.
Amma ərzaq, alkoqol və tütün məmulatlarının qiymətində artım müşahidə olunur (noyabrda 13,6%-dən dekabrda 13,8%-ə qədər). Dekabrda digər istehlak mallarının qiymətləri illik ifadədə 5,2% artıb.
Xatırladaq ki, Avropa Mərkəzi Bankının (ECB) inflyasiya ilə bağlı hədəfi 2%-lik göstəricidir. ECB dekabrın 15-də ardıcıl dördüncü dəfə baza dərəcəsini 2,5%-ə qaldırıb.
Son xəbərlər
18:37
Milli Məclisin iyulun 13-də keçiriləcək növbəti iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
Milli Məclis18:37
Azərbaycan İran və Rusiyaya pambıq tədarükünü kəskin artırıb
Biznes18:25
Tokayev Trampın siyasətini dəstəklədiyini bildirib, onu Qazaxıstana səfərə dəvət edib
Region18:22
Daşkənddə Özbəkistan və Azərbaycanın IV Regionlararası Forumu keçiriləcək
Biznes18:18
Erik ten Haq Niderland millisində işləməkdən imtina edib
Futbol18:14
Aİ Ukrayna və Moldova ilə yeni danışıqlar klasterinin açılmasını təsdiqləyib
Digər ölkələr18:09
Azərbaycan beynəlxalq axtarışda olan iki nəfəri Özbəkistana ekstradisiya edib
Xarici siyasət17:58
Foto
Latviya rəsmisi Azərbaycanın məhkəmə sistemində aparılan islahatları yüksək qiymətləndirib
Xarici siyasət17:56