Avropa İttifaqı Azərbaycanın 3 şəhərinə qrant ayıracaq

Maliyyə
  • 26 noyabr, 2021
  • 11:20
Avropa İttifaqı Azərbaycanın 3 şəhərinə qrant ayıracaq

Avropa İttifaqı (Aİ) Azərbaycanın Şəki, Xırdalan və Lənkəran şəhərlərinə mədəni inkişaf Strategiyalarının hazırlanması üçün "EU4Culture" layihəsi çərçivəsində hər birinə 30 min avro qrant ayıracaq.

“Report” xcəbər verir ki, bu barədə Aİ məlumat yayıb.

Bildirilir ki, qrant üçün müraciətlər bu ilin may ayında başlayıb. Layihədə əsas məqsəd Avropa Mədəniyyət Paytaxtları yanaşmasına uyğun olaraq qeyri-paytaxt şəhər və qəsəbələrə mədəni inkişaf Strategiyalarını hazırlamaq və həyata keçirmək üçün dəstək olmaqdır.

Yekun mərhələdə 3 şəhərdən birinə strategiyasını həyata keçirmək üçün 300 min avro qrant veriləcək.

Qeyd edilib ki, ümumilikdə Şərq Tərəfdaşlığının beş ölkəsindən 70 şəhər iştirak edib.

Layihə çərçivəsində Gürcüstandan Kutaisi, Poti və Zugdidi şəhərləri, Ermənistandan Çarentsavan, İcevan və Sevan şəhərləri, Moldovadan Cahul, Orhei şəhərləri, Ukraynadan isə Poltava, Rivne və Vinnitsa şəhərləri seçilib.

Xatırladaq ki, “EU4Culture” Şərq Tərəfdaşlığı ölkələrində qeyri-paytaxt və qəsəbələrə xüsusi diqqət yetirməklə mədəniyyət və yaradıcı sektoru dəstəkləmək üçün Avropa İttifaqı tərəfindən maliyyələşdirilən dörd illik layihədir.

Son xəbərlər

Bütün Xəbər Lenti