Avrasiya İqtisadi Birliyinin vahid valyutası dövriyyəyə 2025-ci ildən sonra buraxıla bilər

Avrasiya İqtisadi Birliyinin vahid valyutası dövriyyəyə 2025-ci ildən sonra buraxıla bilər Rusiya rəsmisi: "Əsas məsələ bank sistemi və maliyyə bazarları da daxil olmaqla bütün istiqamətlərdə idarəetmənin uyğunlaşdırılmasıdır"
Maliyyə
2 Avqust , 2017 14:50
Avrasiya İqtisadi Birliyinin vahid valyutası dövriyyəyə 2025-ci ildən sonra buraxıla bilər

Bakı. 2 avqust. REPORT.AZ/ Avrasiya İqtisadi Birliyinin (AİB) vahid valyutası dövriyyəyə 2025-ci ildən sonra buraxıla bilər. 

"Report" xəbər verir ki, bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin bildirib.

“Hazırda vahid valyutadan söhbət getmir. Hamı Avropa İttifaqındakı (Aİ) təcrübəni bilir. Vahid valyutanın yaradılması ən son mərhələ ola bilər. Bu, 2025-ci ildən sonranın perspektividir” - deyə o, qeyd edib. 

Nazirin sözlərinə görə, Aİ-da ticarət və xidmət bazarı təşkil edilmədən vahid valyutanın yaradılması iqtisadi disbalansa, son nəticədə isə böhrana gətirib-çıxarıb. 

“AİB çərçivəsində əsas məsələ bank sistemi və maliyyə bazarları da daxil olmaqla bütün istiqamətlərdə idarəetmənin uyğunlaşdırılmasıdır"- deyə o, əlavə edib. 

Son xəbərlər

Orphus sistemi