“Assist Finance İnvestisiya Şirkəti”nin səhmlərinə 1 investor maraq göstərib

Maliyyə
  • 12 mart, 2024
  • 12:52
“Assist Finance İnvestisiya Şirkəti”nin səhmlərinə 1 investor maraq göstərib

Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) “Assist Finance İnvestisiya Şirkəti” ASC-nin 50 050 manatlıq adi, sənədsiz, adlı səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə “Report”a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 350 manat olan 143 ədəd səhm standard bazar seqmentində, abunə yazılışı üsulu ilə investorlara təklif olunub. Hərraca 1 investor 50 050 min manatlıq 1 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub, investisiya şirkətinin nizamnamə kapitalı 14,3% artaraq 350 000 manatdan 400 050 manata çatıb.

Prosesin anderrayteri emitent özüdür.

Xatırladaq ki, “Assist Finance İnvestisiya Şirkəti" 2018-ci ildən fəaliyyət göstərən "BTB Kapital İnvestisiya Şirkəti" ASC-nin hüquqi varisidir. Bu maliyyə qurumunu "Bank BTB" ASC yaradıb, sonradan onu investisiya şirkətinin keçmiş direktoru Ruslan Cəfərova satıb. Bundan bir qədər sonra o, direktor vəzifəsindən gedib və maliyyə qurumuna rəhbərliyi indiyə qədər müavini olan Cəfər İbrahimliyə həvalə edib.

44 filmi