"Anglo-Asian Mining" Azərbaycanda gəlirlərini azaldıb

Maliyyə
  • 24 sentyabr, 2021
  • 07:13
Anglo-Asian Mining Azərbaycanda gəlirlərini azaldıb

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti bu ilin ilk yarısında 43,5 milyon ABŞ dolları gəlir əldə edib.

“Report” xəbər verir ki, bu barədə şirkətin bu ilin ilk yarım illiyi ilə bağlı hesabatında qeyd olunub.

Hesabata görə, bu, 2020-ci ilin ilk altı ayının göstəriciləri ilə müqayisədə 2,3 milyon ABŞ dolları və ya 5,02 % azdır.

Şirkətin vergiyəqədərki mənfəəti 5,9 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin ilk altı ayı ilə müqayisədə 2 dəfə azdır.

2021-ci ilin birinci yarısında şirkətin sərbəst pul məxarici 0,4 milyon ABŞ dolları təşkil edib ki, 2020-ci ilin eyni dövründə isə şirkətin pul mədaxilinin həcmi 13,4 milyon ABŞ dolları olub.

Xatırladaq ki, 2021-ci maliyyə ili üçün şirkətin sərbəst pul axınının proqnozu 10 milyon ABŞ dollarından 15 milyon ABŞ dolları arasında olacağı proqnozlaşdırılır.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.

44 - Tezliklə