Anar Dadaşov: “Azərbaycanda nağd ödənişlərə hər hansısa məhdudiyyətlər qoyulmayacaq"

Anar Dadaşov: “Azərbaycanda nağd ödənişlərə hər hansısa məhdudiyyətlər qoyulmayacaq" Azərbaycanda nağdsız ödəniş üsulları inkişaf etsə də, nağd ödənişlərə hər hansısa məhdudiyyətlər qoyulmayacaq.
Maliyyə
20 Fevral , 2023 11:38
Anar Dadaşov: “Azərbaycanda nağd ödənişlərə hər hansısa məhdudiyyətlər qoyulmayacaq

Azərbaycanda nağdsız ödəniş üsulları inkişaf etsə də, nağd ödənişlərə hər hansısa məhdudiyyətlər qoyulmayacaq.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) nağ pulun idarə edilməsi şöbəsinin rəisi Anar Dadaşov "Nağd pul dövriyyəsinin təşkili-2023 seminarı"nda deyib.

"Avropa Mərkəzi Bankı tərəfindən "Avrozone"nın nağd pul strategiyası deyilən siyasət proqramı hazırlanır. Artıq bu strategiyaya görə, rəqəmsal ödəniş üsullarının olmasına baxmayaraq, nağd pul ödəniş vasitəsi kimi qalmaqda davam edəcək. Avropa Mərkəzi Bankının əhali arasında apardığı sorğuya əsasən, vətəndaşlar nağd pulun əsas ödəniş vasitəsi kimi qalmasını dəstəkləyiblər", - A. Dadaşov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda ödəniş kartlarının istifadəsi ölkədə genişləndikdən sonra, nağd puldan istifadə getdikcə azalır.

Son xəbərlər

Orphus sistemi