Analitiklər: FES gələn il uçot dərəcəsini iki dəfə artıracaq

Analitiklər: FES gələn il uçot dərəcəsini iki dəfə artıracaq Gələn il uçot dərəcəsi 1,25%-ə qədər artırıla bilər
Maliyyə
14 Dekabr , 2016 16:28
Analitiklər: FES gələn il uçot dərəcəsini iki dəfə artıracaq

Bakı. 14 dekabr. REPORT.AZ/ Fyuçers bazarı iştirakçılarının ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini 2017-ci ildə keçiriləcək iclasların ikisində artıracağı ilə bağlı ehtimalları 62%-ə yüksəlib. 

"Report" xəbər verir ki, bunu "VTB24" bankının analitiki Aleksey Mixeyev bildirib. 

Onun fikrincə, FES-in bugünkü iclasının nəticəsi artıq bir o qədər də önəmli deyil. Belə ki, hər kəs uçot dərəcəsinin artırılacağını bilir: "Hətta aydındır ki, FES növbəti faiz artımı barədə də danışacaq. Amma, maliyyə bazarları 2017-ci ildə faizlərin iki iclasda artırılaraq 1-1,25%-ə çatdırılması ehtimalını 61,9% olaraq görürlər".

Xatırladaq ki, FES 2015-ci ilin dekabrında uçot dərəcəsini tarixi minimal səviyyədən artıraraq 0,25-0,50%-ə çatdırıb. Bugünkü iclasda isə faizin 0,50-0,75%-ə çatdırılması gözlənilir.

Son xəbərlər

Orphus sistemi