AMB: "Startapların kapital bazarından maliyyələşməsinə maneəçilik törətmirik"

AMB: "Startapların kapital bazarından maliyyələşməsinə maneəçilik törətmirik" İPO-ya çıxma istəyən şirkət ilk növbədə korporotiv idaərə etmə standartlarına cavab verməlidir. Nəticədə, bu şirkət səhmlərini digər investorlara, şəxslərə, investisiya şirkətlərinə satırsa, o investorlar qarşısında öhdəlik daşıyır. Çünki həmin şəxs o şi
Maliyyə
28 Oktyabr , 2021 11:31
AMB: Startapların kapital bazarından maliyyələşməsinə maneəçilik törətmirik

"İlkin kütləvi yerləşdirməyə (İPO) çıxmaq istəyən şirkət ilk növbədə korporativ idarəetmə standartlarına cavab verməlidir. Nəticədə, bu şirkət səhmlərini digər investorlara, şəxslərə, investisiya şirkətlərinə satırsa, o investorlar qarşısında öhdəlik daşıyır. Çünki həmin şəxs o şirkətin səhmdarı olur, onun artıq mülkiyyətçisi olur".

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Kapital (AMB) bazarına nəzarət departamentinin Kapital bazarına nəzarət şöbəsinin rəisi Samir İsmayılov deyib.

Onun sözlərinə görə, bizdə də, korporavtiv idarəetmə standartlarına cavab verən bütün şirkətlər gəlib kapital bazarında maliyyələşə bilərlər:

"Son zamanlarda AMB-yə hansısa startap səhm bazarından kütləvi üsulla maliyyələşmək üçün müraciət etməyib. Müraciət olsa, bizim üçün heç bir çətinliyi yoxdur. Onlar gəlib bizdən qeydiyyatdan keçirlər, sonra digər emitentlər kimi proseslərini tamamlayıb, səhmlərini yerləşdirə bilərlər. Yəni, bu müraciətlər olsa, biz heç bir maneəçilik törətmirik heç kimə. Bazar hər kəsə açıqdır. AMB bazarın inkişafını dəstəkləyir".

Son xəbərlər

Orphus sistemi