AMB pul siyasətinin sərtləşdirilməsində pauza götürə bilər

AMB pul siyasətinin sərtləşdirilməsində pauza götürə bilər Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasətinin sərtləşdirilməsində ən azı bu ilin sentyabrına qədər pauza götürə bilər.
Maliyyə
21 İyun , 2023 11:17
AMB pul siyasətinin sərtləşdirilməsində pauza götürə bilər

Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasətinin sərtləşdirilməsində ən azı bu ilin sentyabr ayına qədər pauza götürə bilər.

“Report” bu barədə AMB-yə istinadən xəbər verir.

"AMB pul siyasəti ilə bağlı növbəti qərarlarını da daxili və xarici inflyasiya risklərini, faktiki və gözlənilən inflyasiyanın hədəfdən yayınma dərəcəsini nəzərə almaqla qəbul edəcək, bundan sonra da inflyasiya amillərini dərindən təhlil edəcək, monetar şərait vasitəsilə inflyasiyanı hədəf çərçivəsinə qaytarmaq üçün sərəncamındakı bütün alətlərdən adekvat istifadə edəcək. İnflyasiya təzyiqlərinin davamlı səngiməsi halında pul siyasətinin sərtləşdirilməsində ən azı bu ilin sentyabr ayına qədər pauza götürülməsi, sonrakı mərhələlərdə isə onun yumşaldılması imkanları nəzərdən keçiriləcək", - deyə açıqlamada qeyd olunub.

Son xəbərlər

Orphus sistemi