AMB “Paşa Kapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsini cərimələyib

Maliyyə
  • 25 aprel, 2025
  • 16:03
AMB “Paşa Kapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsini cərimələyib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.

“Report” bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun apardığı kompleks yoxlama çərçivəsində investisiya şirkətində “Marja ticarəti Qaydası”nın 7.2-ci və “İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”nın 12.1-ci bəndlərinin tələblərinin pozulduğu üzə çıxıb. Odur ki, maliyyə qurumunun vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 416.0.1-ci maddəsinə müvafiq olaraq 700 manat cərimə edilib.

44 filmi