AMB ötən il 4 sığorta şirkətini və 4 sığorta brokerini hərtərəfli yoxlayıb
Maliyyə
- 05 iyun, 2025
- 10:59
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ildə Azərbaycan Mərkəzi Bankı (AMB) 4 sığorta şirkətində və 4 sığorta brokerində hərtərəfli yoxlamalar həyata keçirib.
Bu barədə "Report"a qurumdan bildirilib.
Bundan başqa, məlumata görə, ötən il ölkə Prezidentinin 31 yanvar 2024-cü il tarixli fərmanı əsasında Dövlət Sığorta Kommersiya Şirkəti - "Azərsığorta" ASC-yə, eləcə də könüllü müraciət əsasında “Bakı Sığorta” ASC-yə verilmiş lisenziyalar ləğv edilib, sığortalıların və kreditorların hüquqlarını qorumaq məqsədilə mütəmadi nəzarət tədbirləri həyata keçirilməkdədir.
Həmçinin hesabat ilində sığorta sektoru üzrə beynəlxalq qanunvericiliyə və sığorta prinsiplərinə uyğun olaraq hazırlanan bir sıra normativ-hüquqi sənədlər təsdiq edilib.
Son xəbərlər
05:43
S&P Fransanın kredit reytinqi proqnozunu mənfiyə endirib
Digər ölkələr
05:22
İsveçrədə milyonçunun arvadı supermarketdən oğurluq edərkən tutulub
Digər ölkələr
04:50
"Rheinmetall" Ukraynada mərmi zavodunun inşasını ləğv edə bilər
Digər ölkələr
04:16
İran HDQ: ABŞ-nin blokadasını pozmaq üçün əməliyyatlar aparılır
Region
03:37
"OpenAI" "Apple" şirkətini ticarət sirlərinin oğurluğunda ittiham edərək, iddia qaldırıb
İKT
03:09
Suriyada terrorçular təhlükəsizlik qüvvələrinin patruluna hücum ediblər
Digər ölkələr
02:41
Peruda helikopter qəzası nəticəsində səkkiz hərbçi həlak olub
Digər ölkələr
02:12
SEPAH: Hörmüz boğazında iki gəmi minaya düşüb
Region
02:07
İngiltərə Premyer Liqası: "Çelsi" "Nottingem Forest"ə məğlub olub
Futbol