AMB-nin sədri: "İnflyasiyanın 80-90%-i xarici mənşəli amillərdən asılıdır"

Maliyyə
  • 16 noyabr, 2022
  • 13:06
AMB-nin sədri: İnflyasiyanın 80-90%-i xarici mənşəli amillərdən asılıdır

"Azərbaycanda inflyasiyanın 80-90%-i birbaşa və yaxud dolayı yolla xarici mənşəli amillərdən asılıdır".

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib.

"Biz AMB olaraq səlahiyyələrimiz çərçivəsində inflyasiyanı məhdudlaşdırmağa çalışmışıq", - deyə o, əlavə edib.