AMB-nin növbəti depozit hərracında tələb təklifi 2% üstələyib

Maliyyə
  • 17 fevral, 2017
  • 07:59
AMB-nin növbəti depozit hərracında tələb təklifi 2% üstələyib

Bakı. 17 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 200 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 204,4 mln. manat təşkil edib. 

"Report" bu barədə AMB-yə istinadən xəbər verir. 

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə illik 14,73% olub. Hərracda tələb təklifi 2,2% üstələyib.

44 - Tezliklə