AMB-nin notlarına tələbat 2 dəfə azalıb

Maliyyə
  • 01 fevral, 2017
  • 12:49
AMB-nin notlarına tələbat 2 dəfə azalıb

Bakı. 1 fevral. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının dövlət qeydiyyatından keçmiş ümumi həcmi 50 mln. manat (50100553S), hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə “Report” BFB-yə istinadən xəbər verir.

Məlumata görə, hərraca 5 investor 7 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 29,616 mln. manat təşkil edib. Məlumat üçün bildirək ki, yanvarın 26-da keçirilmiş hərracda bu rəqəm 53 mln. manatdan çox olub. Başqa sözlə, AMB-nin notlarına tələbat təxminən 2 dəfə azalıb.

Bugünki hərracda sifarişlər 98,8848 manat (14,4999%)-99,00 manat (12,987%) qiyməti ilə təqdim edilib. Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti AMB tərəfindən 98,8848 manat (14,4999%), orta ölçülmüş qiyməti isə 98,9322 manat (13,877%) səviyyəsində müəyyən edilib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar bu gün həyata keçirilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 29,616 mln. manat məbləğində müəyyən edilib.

Qiymətli kağızların ödəmə tarixi 1 mart 2017-ci ildir.