AMB: “Biznes kreditlərində kənd təsərrüfatının payı 22,5 %-ə çatıb”
Maliyyə
- 01 fevral, 2023
- 07:19
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Biznes kreditlərində kənd təsərrüfatı sahəsinə verilən kreditlərin həcmi əvvəlki illərə nisbətən artaraq 2022-ci ilin sonuna 22,5 %-ə çatıb.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Toğrul Əliyev Bakıda keçirilən II Aqrobiznes Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ümumilikdə aqrar sektora verilən biznes kreditlərinin 1/3-i dövlətin, 2/3-i isə bankların öz vəsaitinin hesabına reallaşıb.
T. Əliyev əlavə olaraq qeyd edib ki, ötən il ərzində bankların ümumi kredit portfeli 17,6 % artıb və 19,6 milyard manata çatıb: “Bu portfeldə biznes kreditləri 11 % artaraq 55,4 %-ə çatıb. Hazırda bu portfelin həcmi 11 milyard manat təşkil edir".
ЦБА: Доля сельского хозяйства в бизнес-кредитах достигла 22,5%
CBA: Agriculture share in business loans reaches 22.5%
Son xəbərlər
02:07
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
Region
01:41
NYT: FIFA Trampa təqdim etdiyi sülh mükafatını ləğv edə bilər
Digər ölkələr
01:16
Serbiyada avtomobil yollarından istifadə haqqı 4 faiz artırılacaq
Digər ölkələr
00:40
İlon Mask: USAID-in fəaliyyəti çoxsaylı insanın ölümünə səbəb olub
Digər ölkələr
00:03
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək
Digər ölkələr
23:48
Abdallah Sima Fransa çempionatında 12 ildən sonra bir oyunda beş qol vuran ilk futbolçu olub
Futbol
23:33
Corc Rassell Qətər Qran-prisinin sıralanma turunun qalibi olub
Formula 1
23:24
Britaniyada Əmək və Pensiya Nazirliyinin onlayn xidmətləri kiberhücum səbəbindən işləmir
Digər ölkələr
23:06
Video
Paşinyan parlament müxalifətini Azərbaycanla sülhə gedən yolda son maneə adlandırıb
Region