AMB: Maliyyə sektorunun risk üzrə ölçülmüş aktivləri artıb

AMB: Maliyyə sektorunun risk üzrə ölçülmüş aktivləri artıb Yüksək kreditləşmə dinamikası fonunda risk üzrə ölçülmüş aktivlər artıb.
Maliyyə
15 aprel 2025 11:28
AMB: Maliyyə sektorunun risk üzrə ölçülmüş aktivləri artıb

Azərbaycanda yüksək kreditləşmə dinamikası fonunda maliyyə sektorunda risk üzrə ölçülmüş aktivlər artıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə Sabitliyi hesabatı"nda bildirilib.

Sənədə əsasən, cəmi aktivlərin 7,8 % (3,8 milyard manat) artması fonunda risk üzrə ölçülmüş aktivlərin həcmi 10,3 % (3,3 milyard manat) artıb. Nəticədə risk üzrə ölçülmüş aktivlərin cəmi aktivlərə nisbəti göstəricisi il ərzində 2 faiz bəndi artaraq 67 %-ə çatıb. Risk üzrə ölçülmüş aktivlərin artımı bank sektorunun kreditləşmə fəaliyyəti üzrə aktivliyi şəraitində formalaşıb. Risk üzrə ölçülmüş aktivlərin 93,3 %-i kredit riskləri üzrə, 5,9 %-i əməliyyat riskləri üzrə, 0,8 %-i isə bazar riskləri üzrə formalaşır.

Orphus sistemi