AMB: "Bu il tədiyyə balansının qalığının ÜDM-ə nisbəti 15%-25% ola bilər"

Maliyyə
  • 29 aprel, 2022
  • 09:09
AMB: Bu il tədiyyə balansının qalığının ÜDM-ə nisbəti 15%-25% ola bilər

Azərbaycan Mərkəzi Bankı (AMB) bu il tədiyyə balansının qalığının ümumi daxili məhsula (ÜDM) nisbətinin 15-25% olacağını proqnozlaşdırır.

"Report" xəbər verir ki, bunu AMB-nin baş direktoru Vüqar Əhmədov bildirib.

"Ölkədə daxil olan böyük valyuta gəlirlərinin valyuta bazarında tarazlığı təmin edəcəyini, məzənnə sabitliyini dəstəkləyəcəyini görəcəyik. Bunun da inflyasiyaya əhəmiyyətli neytrallaşdırıcı və azaldıcı təsirləri var", - deyə o, qeyd edib.