Bakı. 28 dekabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) 2018-ci ildə həyata keçirdiyi pul-kredit siyasəti milli iqtisadiyyatda qiymətlər sabitliyinə, aşağı və stabil inflyasiyanın təmin edilməsi vasitəsilə əhalinin yaşayışı və işgüzar fəaliyyət üçün əlverişli sosial-iqtisadi mühitin formalaşmasına yönəlib.
“Report” xəbər verir ki, bu barədə AMB-nin 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd edilib.
Bəyanatda qeyd olunub ki, Prezident
“Formalaşdırılmış makroiqtisadi proqnozlar əsasında 2019-cu ildə və ortamüddətli dövrdə də pul-kredit siyasəti aşağı və sabit inflyasiya əsaslı dayanıqlı sosial-iqtisadi mühitin formalaşmasına, bu əsasda iqtisadi artımın daha da sürətləndirilməsinə yönəldiləcək. Eyni zamanda, pul siyasəti rejiminin optimallaşdırılması, onun strateji və əməliyyat çərçivəsinin təkmilləşdirilməsi, inflyasiya gözləntilərinin azaldılması, həyata keçirilən pul-kredit siyasətinə etibarın artırılması, informasiya açıqlığının yüksəldilməsi həyata keçiriləcək pul-kredit siyasətinin əsas məqsədlərindən olacaq”, - deyə bəyanatda vurğylanıb.