AMB: "Azərbaycanda ötən il “Google Pay”lə 4 milyon əməliyyat aparılıb"

Maliyyə
  • 13 fevral, 2023
  • 14:07
AMB: Azərbaycanda ötən il “Google Pay”lə  4 milyon əməliyyat aparılıb

2022-ci ildə Azərbaycanda “Google Pay” ödәniş hәlli vasitәsilә 85,7 milyon manatlıq 4 milyon әdәd ödəniş həyata keçirilib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.

"Mərkəzi Bankın təşəbbüsü, bank sektoru və beynəlxalq kart təşkilatlarının dəstəyi ilə ölkədə təmassız ödəniş həllərinin çeşidinin artırılması və innovativ texnologiyaların tətbiqi məqsədilə hesabat ilində “Google Pay” ödəniş həlli Azərbaycanda aktivləşdirilib", - deyə sənəddə qeyd olunub.

44 filmi