AMB 40-dan çox mərkəzi bankla qeyri-müəyyənlik dövründə dəyişikliklərin idarə edilməsini müzakirə edib

AMB 40-dan çox mərkəzi bankla qeyri-müəyyənlik dövründə dəyişikliklərin idarə edilməsini müzakirə edib Azərbaycan Mərkəzi Bankı (AMB) “Həddindən artıq qeyri-müəyyənlik dövründə mərkəzi banklarda strateji inkişaf və dəyişikliklərin idarə edilməsi” 6-cı illik beynəlxalq dəyirmi masada iştirak edib.
Maliyyə
29 Noyabr , 2024 18:16
AMB 40-dan çox mərkəzi bankla qeyri-müəyyənlik dövründə dəyişikliklərin idarə edilməsini müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Həddindən artıq qeyri-müəyyənlik dövründə mərkəzi banklarda strateji inkişaf və dəyişikliklərin idarə edilməsi” 6-cı illik beynəlxalq dəyirmi masada iştirak edib.

“Report” bu barədə AMB-yə istinadən xəbər verir. Dəyirmi masa onlayn formatda keçirilib.

Məlumata görə, tədbirdə dünyanın 40-dan çox ölkəsinin mərkəzi bankının nümayəndələri günümüzün mürəkkəb problemlərini həll etmək üçün fikir və strategiya mübadiləsi aparıb.

“Strategiyaların Tətbiqində Öyrənilən Dərslər və Uğurlar” mövzusunda keçirilən sessiyada 2024-2026-cı illər üzrə Maliyyə Sektorunun İnkişaf Strategiyasına və hərtərəfli strategiyanın icra çərçivəsi ilə bağlı AMB-nin baxışları təqdim edilib.

Tədbirdə AMB digər mərkəzi banklar ilə strategiyanın hazırlanması və icrasında ən yaxşı təcrübələr, qurumların müsbət nümunələri, qlobal qeyri-müəyyənlik dövründə mərkəzi bankların üzləşdiyi problemlər və gələcək təşəbbüsləri istiqamətləndirilməsi məsələləri müzakirə edib.

Son xəbərlər

Orphus sistemi