Ağahüseyn Xudaverdiyev: "Xarici depozitorlarla əlaqələr yox dərəcəsindədir"

Ağahüseyn Xudaverdiyev: "Xarici depozitorlarla əlaqələr yox dərəcəsindədir" Milli Depozit Mərkəzinin (MDM) xarici depozitarla əlaqələri yox dərəcəsindədir.
Maliyyə
14 fevral 2025 10:27
Ağahüseyn Xudaverdiyev: Xarici depozitorlarla əlaqələr yox dərəcəsindədir
Ağahüseyn Xudaverdiyev

Milli Depozit Mərkəzinin (MDM) xarici depozitarlarla əlaqələri yox dərəcəsindədir.

"Report" xəbər verir ki, bunu MDM-in İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.

"Artıq bu istiqamətdə danışıqlara başlamışıq. Amma bunun nə qədər tez nəticə verəcəyini deyə bilmirəm. Çünki onların bir sıra tələbləri var, komplayıns baxımından müvafiq standartlar tətbiq edirlər. İlk növbədə MDM bu tələblərə cavab verməlidir", - deyə o qeyd edib.

Sədrin sözlərinə görə, hazırda xarici qiymətli kağızları əldə etmiş investorlar saxlayıcı kimi elə həmin ölkələrin mərkəzi depozitarının xidmətindən istifadə etməli olurlar: "Əlaqələr olduqda isə alınmış qiymətli kağızlar bizə təhvil verilə və etibarlı şəkildə qoruna bilər".

Orphus sistemi