“AFB Bank” ötən ili mənfəətlə başa vurub

Maliyyə
  • 24 yanvar, 2022
  • 06:26
“AFB Bank” ötən ili mənfəətlə başa vurub

“AFB Bank” ASC 2021-ci ili 9,303 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 72,6% çoxdur.

Ötən il “AFB Bank”ın gəlirləri 22,886 milyon manat (əvvəlki illə müqayisədə 34,9% az), xərcləri 18,736 milyon manat (8,5% az), xüsusi ehtiyatlara ayırmaları üzrə qənaəti 8,054 milyon manat (1 il bundan əvvəl ehtiyat yaradıb), mənfəət vergisi ödəmələri isə 2,9 milyon manat (2,2 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “AFB Bank”ın aktivləri 272,238 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,3% azdır. Bunun 115,913 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2021-ci ildə Bankın kredit portfeli 16 % kiçilib.

Hesabat dövründə “AFB Bank”ın öhdəlikləri 6,5 % azalaraq 191,056 milyon manat, o cümlədən depozit portfeli 6,1% artaraq 117,272 milyon manat, balans kapitalı 5,3% artaraq 81,182 milyon manat olub.

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,393 milyon manatdır. Bankın səhmlərinin 99,64 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11 %-lik səhmdarı), 0,18 %-i Cəmil Tahir oğlu Muradova ("Gilan Holdinq" MMC-nin İdarə Heyətinin sədri), 0,18 %-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.

Son xəbərlər

Bütün Xəbər Lenti