ADB Qafqaz və Mərkəzi Asiya regionu üzrə inflyasiya proqnozunu artırıb

ADB Qafqaz və Mərkəzi Asiya regionu üzrə inflyasiya proqnozunu artırıb Asiya İnkişaf Bankı (ADB) Qafqaz və Mərkəzi Asiya regionu üçün inflyasiya proqnozunu 2023 və 2024-cü illər üçün 0,3 faiz bəndi artırıb.
Maliyyə
19 İyul , 2023 13:06
ADB Qafqaz və Mərkəzi Asiya regionu üzrə inflyasiya proqnozunu artırıb

Asiya İnkişaf Bankı (ADB) Qafqaz və Mərkəzi Asiya regionu üçün inflyasiya proqnozunu 2023 və 2024-cü illər üçün 0,3 faiz bəndi artırıb.

“Report” xəbər verir ki, bu barədə ADB-nin “Asiyanın inkişaf proqnozu: inflyasiyanın qarşısının alınması ilə dayanıqlı artım” adlı hesabatında bildirilib.

Belə ki, inflyasiya proqnozu 2023-cü il üçün aprel ayında dərc edilən proqnoza qarşı 10,3 %-dən 10,6 %-ə, 2024-cü il üçün 7,5 %-dən 7,8 %-ə yüksəlib.

Qeyd edilib ki, bunun səbəbi əsasən Qazaxıstanda və Azərbaycanda yüksək inflyasiyanın müşahidə edilməsidir. Belə ki, Qazaxıstanda inflyasiya proqnozu 2023-cü il üçün aprel ayında dərc edilən proqnoza qarşı 11,8 %-dən 12,4 %-ə, 2024-cü il üçün 6,4 %-dən 7,2 %-ə artırılıb.

“Azərbaycanda pul-kredit siyasətinin sərtləşdirilməsinə baxmayaraq, bu ilin ilk 5 ayında inflyasiya 11,5 % səviyyəsində olub. Qazaxıstanda xarici inflyasiya təzyiqləri azalıb. Lakin 2023 və 2024-cü illərdə fiskal siyasətin gücləndirilməsi inflyasiyanın azaldılması səylərinə mane olacaq”, - ADB bildirir.

Həmçinin hesabatda deyilir ki, Gürcüstanda inflyasiya əhəmiyyətli dərəcədə azalıb. Ötən ilin ilk 5 ayında qeyd edilən 13,1 %-dən 1 il sonra 5,4 %-ə, Ermənistanda isə 7,7 %-dən 5,2 %-ə endirilib. Türkmənistanda da azalma tempi qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi