ADB prezidenti: “İqlim dəyişikliyi ilə mübarizə səylərinə 100 milyard dollar ayırmağı planlaşdırırıq”

ADB prezidenti: “İqlim dəyişikliyi ilə mübarizə səylərinə 100 milyard dollar ayırmağı planlaşdırırıq” “Asiya İnkişaf Bankı (ADB) 2030-cu ilə qədər iqlim dəyişikliyi səylərinə 100 milyard ABŞ dolları xərcləməyi planlaşdırır”.
Maliyyə
30 Noyabr , 2023 15:53
ADB prezidenti: “İqlim dəyişikliyi ilə mübarizə səylərinə 100 milyard dollar ayırmağı planlaşdırırıq”

“Asiya İnkişaf Bankı (ADB) 2030-cu ilə qədər iqlim dəyişikliyi səylərinə 100 milyard ABŞ dolları xərcləməyi planlaşdırır.

“Report” Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bunu ADB prezidenti Masatsuqu Asakava Tbilisidə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) Nazirlər Konfransının açılışında deyib.

Onun sözlərinə görə, ötən il 21 milyard ABŞ dolları artıq təsdiq edilib və bunun 6,5 ​​milyard ABŞ dolları CAREC ölkələrinə göndərilib:

“Biz həmçinin növbəti 10 il ərzində ADB-nin əlavə 100 milyard dollar maliyyələşdirməsi ilə müşayiət olunacaq kapital islahatlarını dəstəklədik. Bu, iqlim dəyişikliyi daxil olmaqla, böhranlarla mübarizə qabiliyyətimizdə 40 % artım deməkdir”.

O qeyd edib, Mərkəzi Asiya ölkələrinə 2030-cu ilə qədər proqram çərçivəsində infrastruktur sektorundakı ehtiyacları ödəmək, iqtisadi artımı saxlamaq və regionun çoxşaxəli çağırışlarına cavab vermək üçün illik 1 trilyon ABŞ dollarından çox vəsait lazımdır.

Son xəbərlər

Orphus sistemi