ADB: Azərbaycanın valyuta ehtiyatları artaraq 50 milyard dolları ötəcək

ADB: Azərbaycanın valyuta ehtiyatları artaraq 50 milyard dolları ötəcək Neft qiymətləri və neft hasilatının bərpa olunması ilə cari əməliyyatlar hesabının bu il ÜDM-nin 3,9 %-ə bərabər olması ilə profisit yaratması proqnozlaşdırılır
Maliyyə
28 Aprel , 2021 11:56
ADB: Azərbaycanın valyuta ehtiyatları artaraq 50 milyard dolları ötəcək

Neft qiymətləri və neft hasilatının bərpa olunması ilə cari əməliyyatlar hesabının bu il ÜDM-nin 3,9 %-ə və gələn il 5,5 %-ə bərabər olması ilə profisit yaratması proqnozlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) “Asian Development Outlook” hesabatının "Financing a green and inclusive recovery" adlı aprel sayında bildirilir.

Sənədə əsasən, bütün ixrac maddələrinin, xüsusilə, neft, meyvə və pambığın bu il 29,2 % və gələn il 0,7 % artması proqnozlaşdırılır.

İqtisadiyyatın bərpası nəticəsində gəlirlərin və istehlakçı xərclərinin artması ilə idxalın bu il 9,2 %, gələn il 2,7 % artması proqnozlaşdırılır. Nəqliyyat və turizmin tədricən düzəlməsi ilə xidmət kəsiri azalacaqdır, lakin daha yüksək neft gəlirlərinin mənfəətin xaricə repatriasiyasına təkan verəcəyinə görə gəlir hesabının kəsiri böyük ehtimal ilə artacaqdır. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri daxil olmaqla, ümumi ehtiyatların bu ilin sonunda bir qədər artaraq 50,1 milyard ABŞ dolları və səmərəli idarəetmə ilə, bir il sonra 50,4 milyard ABŞ dolları təşkil etməsi proqnozlaşdırılır. Xarici dövlət borcunun və dövlət zəmanəti ilə alınan xarici borcun bu ilin sonuna ÜDM-in 20 % ekvivalentinə qədər və bir il sonra 18,4 %-ə düşməsi proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi