ABA ilə KOBİA memorandum imzalayacaq

ABA ilə KOBİA memorandum imzalayacaq "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyi İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə memorandum imzalayacaq.
Maliyyə
13 İyun , 2023 12:09
ABA ilə KOBİA memorandum imzalayacaq

"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyi İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə memorandum imzalayacaq.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABA-nın prezidenti Zakir Nuriyev KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovla keçirdiyi görüşün nəticələrini şərh edərkən bildirib.

"Bizim görüşün əsas məqsədi hansısa problemlər varsa, onların qarşılıqlı müzakirə edilməsi və çözümü üzrə tədbirlərin hazırlanmasıdır. Eyni zamanda biz razılığa gəldik ki, memorandum imzalayaq və bu sənəd çərçivəsində sahibkarlardan hansı suallar olacaqsa yaradacağımız işçi qrupları anında reaksiya versinlər. Bildiyiniz kimi Azərbaycan Mərkəzi Bankında da istehlakçıların hüquqlarının qorunması üzrə müvafiq şöbə yaradılıb. Bu işçi qrupları və şöbə çərçivəsində sahibkarların və istehlakçıların problemləri həll edilsin”.

Son xəbərlər

Orphus sistemi