Ötən il ən çox qızıl alan mərkəzi banklar müəyyənləşib

Ötən il ən çox qızıl alan mərkəzi banklar müəyyənləşib Qızıla məcmu tələb isə 2016-cı ildə illik müqayisədə 2% artıb
Maliyyə
3 Fevral , 2017 19:45
Ötən il ən çox qızıl alan mərkəzi banklar müəyyənləşib

Bakı. 3 fevral. REPORT.AZ/ Dünya ölkələrinin Mərkəzi Bankları 2016-ci ildə 383,6 ton qızıl alışı həyata keçirib. 

"Report" "World Gold Council" qızıl sənayesi bazarı inkişaf təşkilatına istinadən xəbər verir ki, bu, illik müqayisədə 33% azalma deməkdir. Qızıl ehtiyatlarını ən çox artıran ölkələr arasında Rusiya, Çin və Qazaxıstan lider olub. Bu 3 ölkə il ərzində qızıl alışı həyata keçirən Mərkəz Bankların məcmu alışının 80%-i təşkil edib. Mərkəzi Bankların qızıl alışı son 6 ilin minimal səviyyəsinə enib. Mərkəzi Bankların 2016-cı ildə qızıla yatırımları 2011-2015-ci illərin orta illik alışı olan 566,9 tondan 32% aşağı olub.

Ümumiyyətlə, qızıla olan tələb 2016-cı ildə illik müqayisədə 2% artaraq 4 308,7 ton təşkil edib ki, bu da son 3 ilin ən yüksək səviyyəsidir.

Son xəbərlər

Orphus sistemi