XXIII Qış Olimpiya Oyunlarında xizəksürmə üzrə qadınların estafet yarışına yekun vurulub

XXIII Qış Olimpiya Oyunlarında xizəksürmə üzrə qadınların estafet yarışına yekun vurulub 20 km məsafəyə yürüşdə Norveç komandası olimpiya çempionu olub
Komanda
17 Fevral , 2018 16:30
XXIII Qış Olimpiya Oyunlarında xizəksürmə üzrə qadınların estafet yarışına yekun vurulub

Bakı. 17 fevral. REPORT.AZ/ Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında xizəksürmə üzrə qadınların estafet yarışına yekun vurulub.

"Report"un məlumatına görə, 20 km məsafəyə yürüşdə Norveç komandası olimpiya çempionu olub.

İnqvild Estberq, Astrid Yakobsen, Raqnil Haqa və Marit Byorgendən ibarət kvartet finişə 51 dəqiqə 24,3 saniyəyə çatıb. Gümüş medalı Anna Hoq, Şarlotta Kalla, Ebba Andersson və Stina Nilssondan ibarət dördlük 51 dəqiqə 26,3 saniyə nəticə ilə əldə edib. Rusiyalı Natalya Nepryayeva, Yuliya Belorukova, Anastasiya Sedova və Anna Neçayevskayadan ibarət kvarter isə 52 dəqiqə 7,6 saniyə nəticə ilə bürünc mükafatçı olub.

Qeyd edək ki, Rusiya bu növdə 2006-cı il Turin olimpiadasından sonra ilk medalını qazanıb. Hazırda qonşu ölkənin aktivində 2 gümüş, 7 bürünc medal var.

Son xəbərlər

Orphus sistemi