Polşa və Sloveniyada kişi voleybolçular arasında keçirilən dünya çempionatında növbəti yarımfinalçı müəyyənləşib.
"Report"un məlumatına görə, 1/4 finalda Ukraynaya 3:1 (18:25, 26:24, 25:19, 25:23) hesabı ilə qalib gələn Sloveniya millisi növbəti mərhələyə yüksəlib. Komanda finala gedən yolda İtaliya seçməsi ilə qarşılaşacaq.
1/4 finalın digər matçları bu gün keçiriləcək. Argentina Braziliyanı, Polşa isə ABŞ-ı sınağa çəkəcək.
Polşa və Sloveniyada kişi voleybolçular arasında keçirilən dünya çempionatında ilk yarımfinalçı bəlli olub.
"Report"un məlumatına görə, 1/4 finalda Fransanı 3:2 (24:26, 25:21, 23:25, 25:22, 15:12) hesabı ilə məğlub edən İtaliya millisi adını növbəti mərhələyə yazdırıb.
Apennin təmsilçisi finala gedən yolda Sloveniya - Ukrayna cütünün qalibi ilə qarşılaşacaq. Bu görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
1/4 finalın digər matçları sentyabrın 8-də keçiriləcək. Argentina Braziliyanı, Polşa isə ABŞ-ı sınağa çəkəcək.
Qeyd edək ki, bu yarış Rusiyada keçirilməli olsa da, siyasi vəziyyətlə əlaqədar Polşa və Sloveniyaya salınıb. Ukrayna isə yarışdan kənarlaşdırılan Rusiyanı reytinq siyahısında daha üst pillədə olduğu üçün əvəzləyib.