Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb

Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb Qadın voleybolçular arasında Azərbaycan çempionatının final görüşü çərçivəsində keçirilən “Azərreyl” - "Abşeron" (3:1) görüşünün ardından təntənəli bağlanış mərasimi baş tutub.
Komanda
23 Aprel , 2024 18:52
Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb

Qadın voleybolçular arasında Azərbaycan çempionatının final görüşü çərçivəsində keçirilən “Azərreyl” - "Abşeron" (3:1) görüşünün ardından təntənəli bağlanış mərasimi baş tutub.

"Report" xəbər verir ki, qalib komandaları təbrik etmək üçün səhnəyə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə dəvət olunub.

Ardınca Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov fəxri kürsüyə yaxınlaşıb.

Kişilərdən ibarət "Neftçi" komandası və qadınların yarışında üçüncü yeri tutan "Murov Az Terminal" kollektivinə bürünc medallar təqdim olunub.

Kişi voleybolçuların yarışında "Murov Az Terminal", qadınlarda isə "Abşeron" gümüş medala layiq görülüblər.

Son olaraq həm qadınlar, həm də kişilər arasında ölkə çempionatlarının qalibi olan "Azərreyl" komandası qızıl medal və kubokla təltif olunub.

Son xəbərlər

Orphus sistemi