"Sumqayıt" üç basketbolçu transfer edib
Komanda
- 17 sentyabr, 2024
- 08:33
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Sumqayıt" basketbol klubu üç transfer reallaşdırıb.
Klubun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, onlardan biri 2021-ci ildən Gürcüstanda çıxış edən, ötən mövsüm isə bu ölkənin "Gurjaani" klubunda oynamış 200 sm boya malik 29 yaşlı forvard Derrik Nyutondur.
Daha bir amerikalı basketbolçu Kalen Houkinsdir. 193 sm boya malik 25 yaşlı oyunqurucusu son olaraq ABŞ-nin "Alcon State Braves" komandasında oynayıb.
"Sumqayıt"ın digər yeni basketbolçusu rusiyalıdır. 181 sm boya malik 36 yaşlı oyunqurucusu Andrey Mateyunas 2009-cu ildə "Avtodor", 2018-ci ildə isə "Spartak Primorye" ilə Rusiya çempionu olub. O, ötən mövsüm "SŞOR-Lokomotiv Kuban" komandasının şərəfini qoruyub.
Son xəbərlər
17:14
Azərbaycan Basketbol Liqasında I turdan təxirə salınmış oyun keçirilib
Komanda
17:10
Rusiyanın Ukraynaya hava zərbəsi nəticəsində iki nəfər ölüb, xəsarət alanlar var - Yenilənib
Digər ölkələr
16:56
Video
Selçuk Bayraktaroğlu Somalinin hərbi obyektlərində olub
Digər ölkələr
16:33
ABŞ-də polis keçmiş xokkeyçi Niko Sakettini güllələyərək öldürüb
Digər ölkələr
16:24
"Araz-Naxçıvan"a qalib gələn "Neftçi" turnir cədvəlində vahid liderə çevrilib
Futbol
16:20
Foto
Naxçıvanda IX siniflərin buraxılış imtahanına uyğun qiymətləndirmə monitorinqi keçirilib
Elm və təhsil
16:03
Foto
Gəncədə azarkeşlər "Kəpəz" - "Qarabağ" matçı öncəsi stadiona axışır, rekord yenilənəcək
Futbol
15:52
Pezeşkian: "Nə müharibə, nə də sülh" vəziyyətindən çıxmalıyıq
Region
15:39
Foto
Şamaxıda "Gənclik Yolunda" layihəsinin açılış mərasimi keçirilib
Daxili siyasət