"Sərhədçi"nin baş məşqçisi məğlubiyyətin səbəblərini açıqlayıb
Komanda
- 03 oktyabr, 2025
- 11:01
"Sərhədçi" komandasının baş məşqçisi Anar Sarıyev Azərbaycan Basketbol Liqasının I turunda "Quba"ya (76:98) uduzmalarının səbəblərini açıqlayıb.
"Report" xəbər verir ki, mütəxəssis bu barədə klubun mətbuat xidmətinə açıqlama verib.
O, bəzi problemlərlə üzləşdiklərini söyləyib:
"Belə oyun olacağını gözləyirdim. Çünki biz bu 20 gündə nə hazırlıq matçı keçirdik, nə də başqa nəsə edə bildik. Bəzi oyunçularımız da gec gəldi. Müəyyən çətinliklər oldu və komanda üzvlərinin bir-birini başa düşməməsi normal hal idi".
Anar Sarıyev bildirib ki, yerli oyunçuların səbət altında topları istifadə edə, ribaundları ala bilməməsi xoşuna gəlməyib:
"Məncə, bu problemlərin hamısını düzəldib, növbəti oyunlada yaxşı nəticə göstərəcəyik".
Son xəbərlər
11:56
Milli Məclisdə QHT-lərin fəaliyyəti müzakirə olunacaq
Daxili siyasət11:52
Azərbaycanda özəlləşdirmədən büdcəyə daxilolmalar 19 %-ə yaxın artıb
Maliyyə11:52
Milli Məclisdə dini abidələrlə bağlı dinləmənin keçirilməsi nəzərdə tutulur
Milli Məclis11:45
Litva və ABŞ PUA-ların birgə istehsalını planlaşdırır
Digər ölkələr11:39
"Sərbəst satış sertifikatı" "Rəqəmsal logistika platforması"na tam inteqrasiya edilib
Biznes11:36
100 000 AZN-dək kredit 5 %-dək endirimlə - "Expressbank"da
Maliyyə11:34
Foto
Bakıda "Alfa Pragmatic Fintech" konfransı keçirilib
Maliyyə11:33
Zaur Mikayılovun vətəndaşlarla görüş tarixi dəyişdirilib
İnfrastruktur11:32