“Sabah”ın baş məşqçisi: “Hər üç oyunda qələbə üçün “döyüşəcəyik”

“Sabah”ın baş məşqçisi: “Hər üç oyunda qələbə üçün “döyüşəcəyik” “Hər üç oyunda qələbə üçün “döyüşəcəyik”.
Komanda
1 Oktyabr , 2023 22:39
“Sabah”ın baş məşqçisi: “Hər üç oyunda qələbə üçün “döyüşəcəyik”

“Hər üç oyunda qələbə üçün “döyüşəcəyik”.

“Report” xəbər verir ki, bunu “Sabah” basketbol komandasının baş məşqçisi Boban Mitev FİBA Avropa Kubokunun 2023/2024 mövsümünün təsnifat mərhələsində keçirəcəkləri oyunlarla bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Şimali makedoniyalı mütəxəssis ölkəsində baş tutacaq turnirdə uğurlu çıxışı hədəflədiklərini bildirib: “Komandamızın hazırlığı məni qane edir. İlk oyunda sona qədər mübarizə aparıb, qələbə qazanmaq üçün mümkün olan hər şeyi edəcəyik. Azərbaycanlı basketbol həvəskarlarını sevindirmək üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Basketbolçularımın simasında əsl döyüşçü obrazı görmək istəyirəm. Rəqiblərimizin avrokubok təcrübəsi olsa da, hər 3 matçda qələbə qazana bilərik”.

Qeyd edək ki, A qrupunda yer alan Azərbaycan çempionu oktyabrın 2-də “Donar” (Qroningen, Niderland), 3-də “Rabotniçki” (Skopye, Şimali Makedoniya), 5-də isə “Rapid”lə (Buxarest, Rumıniya) qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi