Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Parisdə Fransa Prezidenti Emmanuel Makronla görüşüb.
"Report" xarici KİV-ə istinadla xəbər verir ki, görüşdə tərəflər müxtəlif məsələlərlə yanaşı, Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlara buraxılması məsələsini də müzakirə ediblər.
Tomas Bax Emmanuel Makrona bu yaxınlarda Xirosimada keçirilən G7 sammitində BOK-un tövsiyələrinə uyğun olaraq Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlarda iştirakı şərtləri ilə bağlı verdiyi bəyanata görə təşəkkür edib. Tərəflər 2024-cü il Paris Olimpiya Oyunlarında Rusiya və Belarus idmançılarının iştirakına dair qərarın BOK tərəfindən “vaxtında” veriləcəyini və bununla bağlı əməkdaşlığı davam etdirəcəklərini təsdiqləyiblər.
Qeyd edək ki, mayın 19-da G7 ölkələrinin liderləri Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlara öz ölkələrini təmsil etməmək şərtilə buraxılmalarına çağırış ediblər.