Rəqibinin sifətinə zərbə endirən həndbolçu 26 aylıq diskvalifikasiya olunub
Komanda
- 08 may, 2025
- 16:01
Xorvatiyalı həndbolçu, “Hard” komandasının oyunçusu İvan Horvat Avstriya çempionatının matçında rəqibinin sifətinə zərbə endirdiyinə görə 26 aylıq diskvalifikasiya olunub.
"Report" xəbər verir ki, bu barədə Avstriya Həndbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Hadisə "Hard" və "Breqenz" komandaları arasında pley-off mərhələsinin 1/4 final matçında baş verib. İvan Horvat Markus Mahrın üzünə zərbə endirib. Həkimlər zərərçəkənin burnunun açıq sınığı diaqnozu qoyub, daha sonra onu əməliyyat ediblər.
Diskvalifikasiya ilə bağlı qərarı federasiyanın müstəqil məhkəməsi qəbul edib. Həndbolçunun cəzası 30 iyun 2027-ci il tarixinədək qüvvədə olacaq.
Qeyd edək ki, İvan Horvat 14 gün ərzində qərardan apellyasiya şikayəti verə bilər.
Son xəbərlər
13:58
Azərbaycan Premyer Liqası klublarının 2024-cü ildəki gəlirləri açıqlanıb
Futbol13:53
Foto
Növbəti köç karvanları Xıdırlı, Hadrut və Qırmızı bazara çatıb
Qarabağ13:46
Amnistiya elan edilməsi təşəbbüsü həmrəyliyin gücləndirilməsinə yönəlik mühüm addımdır - RƏY
Daxili siyasət13:38
Azərbaycanda 2025/2026 mövsümündə lisenziya almış futbol klublarının sayı müəyyənləşib
Futbol13:31
Mütəşəkkil dəstə üzvlərindən 47 kq narkotik vasitə aşkarlanıb
Hadisə13:31
Azərbaycanda quşçuluq və arıçılıq təsərrüfatları ilə bağlı yeni sığorta məhsulları təqdim olunacaq
ASK13:25
Bulvar idarəsinin sabiq sədri məhkəmə istintaqının tez yekunlaşmasını xahiş edib
Hadisə13:25
Azərbaycan Bolqarıstana pambıq mahlıcı tədarük etməyə başlayıb
Biznes13:25