Pekin-2022: Xokkey üzrə Finlandiya millisi ilk dəfə olimpiya çempionu olub

Pekin-2022: Xokkey üzrə Finlandiya millisi ilk dəfə olimpiya çempionu olub Pekin-2022 Qış Olimpiya Oyunlarında xokkey yarışına yekun vurulub.
Komanda
20 Fevral , 2022 10:45
Pekin-2022: Xokkey üzrə Finlandiya millisi ilk dəfə olimpiya çempionu olub

Pekin-2022 Qış Olimpiya Oyunlarında xokkey yarışına yekun vurulub.

"Report"un məlumatına görə, final oyununda Rusiya və Finlandiya milli komandaları üz-üzə gəliblər. Pekində baş tutan qarşılaşma Skandinaviya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Finlandiyalıların heyətində qolları 24-cü dəqiqədə Ville Pokka və 41-ci dəqiqədə Hannes Byörninen vurublar. Rusiya yığmasının yeganə qoluna isə 8-ci dəqiqədə Mixail Qriqorenko imza atıb.

Qeyd edək ki, Finlandiya yığması tarixində ilk dəfə olimpiya çempionu olub. Rusiya seçməsi isə sonuncu dəfə 2018-ci ildə Cənubi Koreyanın Pxençxanq şəhərində keçirilmiş Qış Olimpiya Oyunlarında qızıl medallara sahib çıxıb.

Ümumilikdə olimpiya "qızıl"ı indiyədək 9 ölkəyə qismət olub. Finlandiyadan əlavə, Kanada 9, SSSRİ 7, ABŞ və İsveç 2, Böyük Britaniya, ABŞ, Çexiya, MDB və Rusiya hərəyə 1 dəfə qalibiyyət əldə edib. 

Son xəbərlər

Orphus sistemi