Paris-2024: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi növbəti görüşünə çıxıb - YENİLƏNİB - 2

Paris-2024: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi növbəti görüşünə çıxıb - YENİLƏNİB - 2 Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
Komanda
1 Avqust , 2024 20:55
Paris-2024: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi növbəti görüşünə çıxıb - YENİLƏNİB - 2

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, yığma IV turda Almaniya ilə qarşılaşıb.

Görüş komandamızın 8:12 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, seçməmiz daha əvvəl İspaniyaya 16:18, Fransaya isə 10:15 hesabı ilə uduzub. Basketbolçularımız ABŞ millisinə 20:17 hesabı ilə qalib gəlib.

14:55

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, yığma III turda Fransa ilə qarşılaşıb.

Görüş komandamızın 10:15 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, seçməmiz ilk turda İspaniyaya 16:18 hesabı ilə uduzub. Növbəti qarşılaşmada isə ABŞ millisinə 20:17 hesabı ilə qalib gəlib. Azərbaycanın növbəti görüşü Almaniya millisinə qarşı olacaq.

Son xəbərlər

Orphus sistemi