"Ordu"nun kapitanı: "Komandanın çıxışı istədiyimiz kimi alınmadı"

"Ordu"nun kapitanı: "Komandanın çıxışı istədiyimiz kimi alınmadı" “Heç nə bitməyib və mövsüm başa çatmayıb. Amma komandanın çıxışı istədiyimiz kimi alınmadı".
Komanda
29 mart 2025 17:43
Ordunun kapitanı: Komandanın çıxışı istədiyimiz kimi alınmadı

Heç nə bitməyib və mövsüm başa çatmayıb. Amma komandanın çıxışı istədiyimiz kimi alınmadı.

"Report"un məlumatına görə, bunu "Ordu"nun basketbolçusu Rüstəm Əliyev deyib.

Kapitan Azərbaycan Basketbol Liqası ilə bağlı fikirlərini bölüşüb:

"B qrupunda 1-ci yeri tutacağımıza inanırdım. Ancaq bəzi problemlər buna imkan vermədi. Xüsusilə Ramme Grifinin zədəli olması, legionerlərin səhhətində problemlərin üzə çıxması, rotasiyanın olmaması istər-istəməz oyunumuza təsir etdi və bizi geri saldı".

R.Əliyev özü də zədəsini tam sağaltmadığını söyləyib:

"Qarşıda əsas mərhələnin son oyunları, eyni zamanda play-in matçları var. Bu qarşılaşmaları yaxşı keçirib, mövsümü major notlarla başa vurmaq istəyirik".

Qeyd edək ki, "Ordu" 19 turdan sonra B qrupunda 31 xalla üçüncü pillədə qərarlaşıb.

Orphus sistemi