"Ordu"nun basketbolçusu: "Qrupda birinci yeri tutacağımıza inanıram"

"Ordu"nun basketbolçusu: "Qrupda birinci yeri tutacağımıza inanıram" Hazırda B qrupundakı mövqeyimiz yaxşıdır və mövsümün sonunda birinci yeri tutaraq play-off mərhələsinə vəsiqə qazanacağımıza inanıram.
Komanda
13 fevral 2025 08:48
Ordunun basketbolçusu: Qrupda birinci yeri tutacağımıza inanıram

Hazırda B qrupunda mövqeyimiz yaxşıdır və mövsümün sonunda birinci yeri tutaraq pley-off mərhələsinə vəsiqə qazanacağımıza inanıram.

"Report"un məlumatına görə, bunu "Ordu"nun basketbolçusu İsiah Pope klubun mətbuat xidmətinə açıqlamasında deyib.

ABŞ-dən olan oyunçu Azərbaycan Basketbol Liqasında keçirəcəkləri növbəti matçları dəyərləndirib:

“Fikrimcə, bir komanda kimi geridə qalan bütün oyunlarda xarakter nümayiş etdirdik. Bəzi görüşlərdə vacib qələbə qazandıq, ancaq qalib gəlməli olduğumuz bir sıra qarşılaşmalarda da uduzduq. Hesab edirəm ki, bir komanda kimi artıq formalaşmışıq. Kollektivin bütün üzvləri yaxşı əhval-ruhiyyədədir. Bu atmosfer mövsümün sonuna doğru bizə çox kömək edəcək".

Qeyd edək ki, "Ordu" B qrupunda 24 xalla üçüncü pillədə qərarlaşıb. Lider "Gəncə" və ikinci sıradakı "Şəki" də eyni xala malikdir.

Son xəbərlər

Orphus sistemi