"Gülüstan" sarayında "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş Ümumrespublika "Nə? Harada? Nə zaman?" intellektual oyunun final mərhələsi keçirilib.
"Report" xəbər verir ki, Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə keçirilən finalda gənclərdən ibarət 22 komanda iştirak edib.
YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov vurğulayıb ki, komandalarda təmsil edilən gənclər Azərbaycanın müxtəlif bölgələrindən qatılıb: "416 nəfər YAP üzvü, 264 nəfər bitərəf olmaqla ümumilikdə 680 nəfər gənc oyunlara qatılıb. Final mərhələsində Bakının Nəsimi rayonunu təmsil edən komanda qalib olub.
Tədbirin sonunda I, II, III yerləri tutmuş Nəsimi, Gəncə və Yasamal komandalarının oynçuları müvafiq diplomlar, medallar və xatirə hədiyyələri ilə, qalib komanda isə əlavə olaraq kubokla təltif olunub.
FOTO: Məhəmməd Ağayev